Böyük Britaniyanın Baş naziri istefa verib

Dünya

05.07.2024 - 11:08

Həkimlər Klinikalar SEO Xidməti

Rişi Sunak hakim partiyanın seçkilərdə uduzmasından sonra istefa verdiyini açıqlayıb

Böyük Britaniyanın baş naziri Rişi Sunak hakim Mühafizəkarlar Partiyasının parlament seçkilərində məğlub olduğunu etiraf edib və istefa verdiyini açıqlayıb. AYNA xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Sunak onun partiyası üçün "çətin bir gecə" olduğunu və Britaniya xalqının "ayıldırıcı hökm" verdiyini söyləyib: “Mən indi Londona gedəcəyəm, orada Baş nazir postunu tərk etməzdən əvvəl bugünkü nəticə haqqında daha ətraflı danışacağam”.

Siyasətçi Mühafizəkarlar Partiyasının məğlubiyyətinə görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. O, həmçinin müxalif Leyboristlər Partiyasının lideri Keir Starmeri qələbəsi münasibətilə təbrik edib və hakimiyyətin ötürülməsinin “hər tərəfdən xoş niyyətlə dinc və nizamlı şəkildə baş tutacağını” qeyd edib: "Bu, hamımızda ölkəmizin sabitliyinə və gələcəyinə inam yaratmalıdır".

Starmer öz növbəsində seçicilərinə təşəkkür edərək, "dəyişikliklərin indi başladığını" qeyd edib. Baş nazir postunu tutacaq leyboristlər lideri mandatın “böyük məsuliyyət” daşıdığını vurğulayıb.

“Sky News” telekanalı Seçki Komissiyasının məlumatlarına istinadən xəbər verir ki, seçki dairələrinin 80%-dən çoxunda bülletenlərin hesablanmasından sonra Leyboristlər Partiyası 368, Torilər 90, Liberal Demokratlar isə 51 yer əldə ediblər. Qeyd edək ki, Birləşmiş Krallıqda 650 seçki dairəsi var. Parlament çoxluğuna nail olmaq üçün onlardan 326-da dəstək almaq lazımdır.

“Sky News”un məlumatına görə, hazırkı kabinetin yeddi üzvü, o cümlədən İcmalar Palatasındakı Mühafizəkarlar Partiyasının lideri Penni Mordaunt da daxil olmaqla, artıq parlamentdəki yerlərini itiriblər. Onlara həmçinin müdafiə naziri Qrant Şapps, təhsil katibi Gillian Kiqan, ədliyyə katibi Aleks Çalk, mədəniyyət katibi Lüsi Freyzer, partiyanın baş təşkilatçısı Saymon Hart və veteranlarla iş üzrə katib Conni Merser daxildir. Eyni zamanda, Baş nazir Sunak Şimali Yorkşirdəki Riçmond seçki dairəsindən yenidən İcmalar Palatasına seçilə bilib.

100 seçki dairəsindən əldə edilən məlumatlara əsasən, Böyük Britaniyada keçirilən seçkilərdə fəallıq rekord həddə - 57% təşkil edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş