Böyük Britaniyada Türkiyənin tibbi məhsulları pislənildi

Dünya

07.05.2020 - 15:16

cedabet dərman SEO Xidməti

Sifariş verilən 400 min cərrahi donun İngiltərə təhlükəsizlik standartlarına cavab vermədiyi təsdiqlənib

 

Birləşmiş Krallığın Milli Sağlamlığa Dəstək Konfederasiyası (NHS) Türkiyə məhsullarının keyfiyyətsizliyini dilə gətirib. AYNA xarici mediaya əsasən xəbər verir ki, Konfederasiyanın baş icraçı direktoru  Niall Dikson, Türkiyədən sifariş verilən 400 min cərrahi donun İngiltərə təhlükəsizlik standartlarına cavab vermədiyini təsdiqləyib.

 

Direktor xəstəxanalarda istifadə olunan fərdi qoruyucu vasitələrin (PPE) isə pis olmadığını deyib. Məlumata görə, son vaxtlar ingilis tibb işçiləri də xəstəxanalarda koronavirusdan qoruyucu vasitələrin çatışmazlığından şikayət edirdi. Məsələ mediada ictimailəşdiriləndən sonra həllini tapıb.

 

Lakin ölkəyə gətirilən tibbi vasitələr hələ də anbarlarda ilişib qalıb, ünvanlara çatmayıb. Elə Konderasiya direktoru da, öz çıxışında çətinliklərin olduğunu təsdiqləyib. O, yerli tədarükçü şirkətləri sağlam rəqabətə çağırıb, yerli istehsal, xaricdən gətirilən məhsulların keyfiyyət göstəricisinə diqqət yetirilməsini tövsiyə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş