Böyük Britaniya yeni hərbi dəniz bazası yaradıb

Dünya

08.03.2023 - 22:37

cedabet dərman SEO Xidməti

Baza növbəti 10 ildə Britaniya qüvvələrinin Arktikada yerləşdirilməsi və təlimi üçün əsas mərkəz olacaq

Norveçin şimalında Böyük Britaniya Kral Dəniz Piyadaları komandolarının hərbi bazası yaradılıb. AYNA xarici mediaya istinadən bildirir ki, baza növbəti 10 ildə Britaniya qüvvələrinin Arktikada yerləşdirilməsi və təlimi üçün əsas mərkəz olacaq.

“Bazanın yerləşdiyi məkan regionda təhlükələri dəf etmək üçün idealdır və Böyük Britaniyaya NATO-nun şimal sərhədlərini, eləcə də Böyük Britaniyanın yaxın müttəfiqi Norveçi müdafiə etmək üçün lazım gələrsə, operativ reaksiya göstərməyə imkan verir”, - deyə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin yaydığı sənəddə deyilir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş