Boykonur kosmodromunda buraxılış platforması çöküb

Dünya

28.11.2025 - 09:39

Raket heyəti zərər görməyib: buraxılış meydançasının təmirə ehtiyacı olacaq

Baykonur Kosmodromunda Rusiyanın kosmosa raket buraxa biləcəyi yeganə buraxılış meydançası “Soyuz”un buraxılışından sonra zədələnib.

AYNA.AZ xəbər verir ki, Rusiya "Soyuz MS-28" kosmik gəmisinin buraxılışından sonra xidməti kabinə naməlum səbəbdən çöküb. Bu barədə raket buraxılışı üzrə analitik Georgi Trişkin bildirib.

Bloger Vitali Yeqorovun qeyd edib ki, buraxılış yayımında buraxılış meydançasının altında “olmamalı olan nəhəng metal konstruksiya” göstərilib.

Raket heyəti zərər görməyib, lakin buraxılış meydançasının təmirə ehtiyacı olacaq.

Roskosmos hadisə ilə bağlı heç bir şərh verməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş