Borrell Aİ xarici işlər nazirlərinin İsraillə bağlı təcili iclasını çağırır

Dünya

09.10.2023 - 17:13

cedabet dərman SEO Xidməti

"Sabah mən İsrail və regiondakı vəziyyəti nəzərdən keçirmək üçün Aİ xarici işlər nazirlərinin fövqəladə iclasını çağıracağam"

Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Cosef Borrell Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclasını çağırır. AYNA xəbər verir ki, bu barədə Borell özü bildirib.

"Sabah mən İsrail və regiondakı vəziyyəti nəzərdən keçirmək üçün Aİ xarici işlər nazirlərinin fövqəladə iclasını çağıracağam", - Borrell vurğulayıb.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. İsrail ordusunun mətbuat xidməti 3 mindən çox raket atıldığını bildirib. Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə hücum ediblər.

Həmin gün Fələstin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatını elan edib.

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı “Dəmir Qılınclar” əməliyyatına başladığını elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatların geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini bildirib.

Hər iki tərəfdən ölən və yaralananlar var. Münaqişə qurbanlarının sayı artır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş