Boyko Borisov test nəticəsinin müsbət çıxdığını bildirib
Bolqarıstanın Baş Naziri Boyko Borisov koronavirusa yoluxub. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Baş Nazirin özü açıqlama verib.
Borisov bildirib ki, COVID-19 testinin nəticəsi müsbət çıxıb. Baş Nazir bütün görüşləri və ictimai tədbirləri təxirə saldığını və özünütəcridə yollandığını qeyd edib.