Bolqarıstanda naməlum şəxs qadınları girov götürüb

Dünya

04.10.2023 - 01:25

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə zamanı bir nəfər güllə yarası alıb

Bolqarıstanda naməlum şəxs iki qadını girov götürüb, həmçinin bir nəfəri yaralayıb.

Bu barədə AYNA yerli BTV telekanalına istinadən xəbər verir.

Silahlı cinayətkar onları Sandanski şəhəri yaxınlığındakı evin zirzəmisində girov saxlayır. Yerli administrasiya rəhbərinin ilkin məlumatlarına görə, buna səbəb məişət münaqişəsi olub, hadisə zamanı bir nəfər güllə yarası alıb.

Hücum edən şəxs evdə barrikada qurub. Hazırda hadisə yeri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb, yaralı xəstəxanaya aparılıb.

Müəllif: Ayna.az