Boliviyada hakimiyyət çevrilişinə cəhd edən general saxlanılıb

Dünya

27.06.2024 - 13:48

Həkimlər Klinikalar SEO Xidməti

Xuan Xose Zuniqa hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Baş Qərargah binasından çıxarılıb

Boliviya polisi hökumət sarayını ələ keçirməyə cəhd edən general Xuan Xose Zuniqanı saxlayıb. AYNA xəbər verir ki, bu barədə “Boliviya” TV məlumat yayıb.

Kanalın nümayiş etdirdiyi kadrlarda generalın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Baş Qərargah binasından çıxarıldığı görünür. Daha sonra onu maşına mindirərək ərazidən uzaqlaşdırıblar.

Bundan əvvəl “El Deber” nəşrinin məlumatına görə, generalın əmri ilə Boliviya hökumətinin sarayının ərazisini işğal edən hərbi birləşmələr üsyan yerini tərk etməyə başlayıblar. Onlar getdikdən sonra ölkə Prezidenti Luis Arce hökumət binasının eyvanından çıxış edib. O, general Zuniqanın bölmələrinin hərəkətlərini “çevriliş cəhdi” adlandırıb və polisə “demokratiyaya sadiq qaldığına” görə təşəkkür edib.

Bundan qısa müddət əvvəl Arce üsyankar Zuniqa yerinə Xose Vilson Sançesi ordunun yeni baş komandanı təyin edib. O, həmçinin ölkənin hava və dəniz qüvvələrinin komandirlərini də dəyişib.

Boliviya ordusunun yeni baş komandanı Sançes general Zuniqanın yaxşı komandir olduğunu deyib, “amma biz ondan əsgərlərimizin qanını tökməməsini xahiş edirik, bu yanlışdır”, söyləyib. Daha sonra Sançes generalın əmri ilə hərəkət edən bütün hərbi qulluqçulara öz bölmələrinə qayıtmaq əmri verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş