Hadisə nəticəsində 16 nəfər ölüb, 36 nəfər yaralanıb
Boliviyanın Koçabamba departamentində avtobusun dərəyə aşması nəticəsində azı 16 nəfər ölüb, 36 nəfər yaralanıb.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, yerli polisdən verilən məlumata görə, avtobus sıldırım dağ yolu ilə hərəkət edərkən 600 metr dərinliyi olan dərəyə aşıb.
Sosial şəbəkələrdə yayılan fotolarda xilasedicilərin və yerli sakinlərin yaralılara kömək etdiyi və ölənlərin cəsədlərini çıxardıqları əks olunub. Xilasedicilər gələnə qədər yardıma yetişən bir boliviyalı avtobusun tamamilə dağıldığını, yaralı sərnişinlərin çıxılmaz vəziyyətə düşdüklərini deyib.
İlkin araşdırma zamanı məlum olub ki, avtobus həddindən artıq yüklü olub və sürət həddini aşıb. Sürücü saxlanılıb.