BMT: Qəzzanın yenidən qurulması üçün 20 il vaxt, 50 milyard dollar lazımdır

Dünya

03.05.2024 - 12:14

Həkimlər Klinikalar SEO Xidməti

“Yenidənqurma xərcləri hər gün döyüşlə eksponent olaraq artır”

Döyüşlərdən sonra Qəzza zolağının bərpası təxminən iyirmi il çəkəcək. AYNA “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ərəb Dövlətləri üzrə İnkişaf Proqramının direktoru Abdulla əd-Dərdari deyib.

BMT rəsmisinin sözlərinə görə, İsrail və HƏMAS arasında münaqişə həll edildikdən sonra Qəzzanın bərpasına uzunmüddətli xərclər 50 milyard dollara çata bilər və döyüşlərin nəticələrinin təmizlənməsi üçün təxminən 20 il vaxt lazımdır.

“Yenidənqurma xərcləri hər gün döyüşlə eksponent olaraq artır”, Əl-Dərdari deyib.

O əlavə edib ki, Fələstin anklavının zərər çəkmiş sakinlərinin müvəqqəti yaşayış yeri və digər əsas xidmətlərin təmin edilməsinə ən azı daha 2 milyard dollar xərclənə bilər.

Bundan əvvəl BMT Qəzza zolağında yaşayış binalarının dağıdılmasının miqyasının Ukraynadakından artıq olduğunu qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş