BMT Qərbi Qəzzada soyqırıma qarşı tədbir görməyə çağırıb

Dünya

19.01.2024 - 16:08

cedabet dərman SEO Xidməti

BMT-nin xüsusi məruzəçisi: “Qəzzada soyqırımın törədilməsi ehtimalının yüksək olduğuna inanıram”

“BMT İsrailin Qəzzada törətdiyi soyqırımına qarşı tədbir görməlidir”. AYNA xəbəır verir ki, bu sözləri BMT-nin Fələstin ərazilərində insan haqları üzrə xüsusi məruzəçisi Françeska Albanese “El Pais” nəşrinə müsahibəsində deyib.

Albanese təklif edib ki, Qərb hökumətləri soyqırımın qarşısını almaq üçün indi qınaqdan hərəkətə keçməlidir: “Mən Cənubi Afrikanın qabaqlayıcı tədbirlər görmək qərarını qətiyyətlə dəstəkləyirəm. Çünki Qəzzada soyqırımın törədilməsi ehtimalının yüksək olduğuna inanıram”.

BMT nümayəndəsi vurğulayıb ki, hazırda anklavda 24 min təsdiqlənmiş qarşıdurma qurbanı var. Onların 70 faizi qadın və uşaqlardır.

BMT rəsmisi Qərbi tədbir görməyə çağırıb və əlavə edib ki, münaqişə zamanı məskunlaşan ərazilər müntəzəm olaraq qadağan olunmuş silahlarla bombalanır.

Albanese qeyd edib ki, mülki əhali arasında itkilərin sayına görə Qəzzadakı münaqişə istənilən digər münaqişələrdən fəqrlənir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş