BMT-nin müşahidəçisi: “İsrail fələstinliləri məhv etməyi planlaşdırır”

Dünya

19.04.2024 - 11:34

“Fələstinin dağıdılması İsrail dövlət rəsmiləri və siyasətçiləri tərəfindən elan edilmiş plandır”

“İsrail Fələstin və fələstinlilərdən qurtulmağı planlaşdırır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur deyib.

Mənsur BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı qeyd edib ki, Fələstinin dağıdılması İsrail dövlət rəsmiləri və siyasətçiləri tərəfindən elan edilmiş plandır.

Daimi nümayəndə əlavə edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu hətta bununla siyasi nailiyyət kimi öyünür.

“O Fələstin dövlətinin yaranmasının qarşısını ala bildi. Bu, onun ekstremist hökumətinin planıdır - Fələstindən xilas olmaq, fələstinlilərdən xilas olmaq”, - Mənsur vurğulayıb.

Bundan əvvəl məlum olub ki, ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzvlük tələbinə veto qoyub. Amerika tərəfinin fikrincə, müstəqil Fələstin dövlətinin yaradılması BMT-də deyil, tərəflər arasında birbaşa danışıqlar yolu ilə baş verməlidir.

Müəllif: Ayna.az