BMT-nin baş katibindən Süleymaninin ölümü ilə bağlı açıqlama

Dünya

03.01.2020 - 22:36

Həkimlər Klinikalar SEO Xidməti

BMT-nin baş katibi tərəfləri təmkinli olmağa çağırıb

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antoniu Quterreş general-mayor Qasım Süleymaninin öldürülməsindən sonra İranın ətrafında yaranan vəziyyətlə bağlı tərəfləri təmkinli olmağa çağırıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsinin müavini Fərhan Haq məlumat yayıb.

 

BMT-nin baş katibi qeyd edib ki, dünya İran körfəzində daha bir müharibəyə yol verməməlidir.

 

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandiri general-mayor Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb. Qasım Süleymani ilə yanaşı İran ordusunun daha 4 zabiti həlak olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş