BMT Baş katibinin müavini Ukraynada səfərdədir

Dünya

12.12.2022 - 23:11

Həkimlər Klinikalar SEO Xidməti

Qriffits müharibədən zərər çəkmiş insanlarla görüşəcək

BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Ukraynada səfərdədir. AYNA TASS-a istinadən xəbər verir ki, Qriffits Ukraynada dörd gün qalacaq.

“O, hakimiyyət orqanlarının nümayəndələri, humanitar təşkilatlar və müharibədən zərər çəkmiş insanlarla görüşlər keçirəcək”, - təşkilatdan bildirilib.

Qeyd olunur ki, Baş katibin müavini Nikolayevdə BMT-nin dəstəyi ilə yaradılmış köçkünlər üçün düşərgəyə və çörək zavoduna baş çəkəcək, daha sonra Xersona gedərək burada isinmə məntəqələrinin yaradılması üzrə BMT əməkdaşlarının və yerli hakimiyyət orqanlarının fəaliyyəti ilə tanış olacaq. BMT nümayəndəsinin səfəri Kiyevdə başa çatacaq. O, paytaxtda hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də xarici diplomatlarla görüşəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş