BMT Baş katibindən koronavirusla bağlı həyəcan təbili

Dünya

01.04.2020 - 12:03

Həkimlər Klinikalar SEO Xidməti

“Bu, İkinci Dünya Müharibəsindən bu yana dünya üçün ən böyük problemdir”

 

“Koronavirus epidemiyası İkinci Dünya Müharibəsindən bəri dünya üçün ən böyük problemdir. Covid-19 dünyanın, demək olar ki, bütün ölkələrində meydana çıxmaqla yanaşı, dünyanı sosial-iqtisadi tənəzzülə aparmaqdadır”.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterres bəyanat yayıb. ABŞ-ın Con Hopkins Universitetinin son hesabatını diqqətə çatdıran Qutteres deyib ki, dünyada artıq koronavirusa yoluxanaların sayı 860 minə çatır, 42 min nəfərdən çox insan dünyasını dəyişib.

 

Qeyd edək ki, təkcə ABŞ-da ölənlərin sayı 4000 dən çoxdur. Ölkədə yoluxma sayı 200 min nəfərə yaxınlaşır.

 

Yeri gəlmişkən, BMT-nin Cenevrədki Baş Qərargahının 9 əməkdaşı da koronavirusa yoluxub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş