BMT Baş Assambleyasında yüksək səviyyəli debatlar başlayır

Dünya

23.09.2025 - 11:07

Dünya liderlərinin Baş Assambleyanın kürsüsündə çıxışları sentyabrın 30-a kimi davam edəcək

Bu gün BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksək səviyyəli debatlar başlayır.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, dünya liderlərinin Baş Assambleyanın kürsüsündə çıxışları sentyabrın 30-a kimi davam edəcək. 150-dən çox dövlət və hökumət başçısı və onları müşayiət edən nümayəndə heyətləri BMT Baş Assambleyanın 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlib. Artıq yüksək səviyyəli həftəyə hazırlıq prosesi yekunlaşıb. Nyu-York şəhər Polis Departamenti polis qüvvələrinin sayını artırıb və gücləndirilmiş iş rejiminə keçib.

Şəhərdə təhlükəsizlik tədbirləri artırılıb. Tədbirlərə kortejlər, dronlar, helikopterlər, patrul xidməti və əsas küçələrin bağlanması daxildir.

Üzv 193 ölkədən aparıcı media orqanları tədbiri işıqlandırmaq üçün BMT-də qeydiyyatdan keçib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş