"Bu plan danışıqlar üçün başlanğıc nöqtəsidir”
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Krfat BMT Təhlükəsizlik Şurasının iclasında Tramp administrasiyasının İsrail-Fələstin probleminin həlli üçün elan etdiyi sülh planını dəstəklədiyini bildirib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, Kraft təklifin fələstinlilər üçün əhəmiyyətli olduğunu iddia edib.
“Bu plan hər şeyin sonu demək deyil. Əksinə, danışıqlar üçün başlanğıc nöqtəsidir”, - deyə Kraft bildirib.
İsrailin BMT-dəki nümayəndəsi Danny Danon da Trampın təklifinə mübət rəy verib. Danon Fələstinin 70 illik uğursuz planını tənqid edərək, Trampın təklifinə şans verilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Danon, həmçinin Fələstin adminstrasiyasının rəhbəri Mahmud Abbasın vəzifədə olduğu müddətdə iki ölkə arasında irəliləyiş əldə olunmayacağını da diqqətə çatdırıb.