Səudiyyə Ərəbistanı və BƏƏ İranla müharibəyə girməyi düşünür
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ( BƏƏ ) İranla müharibəyə girməyi düşünürlər. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunub ki, "İranın ən böyük ərəb körfəzi qonşuları ABŞ və İsrailin İrana qarşı müharibəsinə qoşulmağı düşünürlər və Tehran onların vacib infrastrukturuna hücum edərsə, bunu etmək məcburiyyətində qala bilərlər".
Səudiyyə Ərəbistanı və BƏƏ-nin İranın limanlarına, enerji obyektlərinə və hava limanlarına hücumlarına görə "səbri tükənir".
Agentliyin məlumatına görə, digər Körfəz ölkələri də Tehranla münaqişəyə doğru irəliləyir.