“Bloomberg”: Epşteynin fondu qurbanlara 35 milyon dollar ödəməyə hazırdır

Dünya

20.02.2026 - 16:03

Planın qüvvəyə minməsi üçün Nyu-Yorkdakı federal hakim tərəfindən təsdiqlənməlidir

Ceffri Epşteynin fondu və onun iki icraçısı Darren İndik və Riçard Kan pedofiliyada ittiham olunan maliyyəçinin qurbanlarına 35 milyon dollara qədər kompensasiya ödəməyə razılaşıblar. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, İndik və Kan bu ödənişləri maliyyəçi tərəfindən 1995-ci ildən 10 avqust 2019-cu ilə qədər, yəni Manhetten həbsxanasında ölüm tarixinə qədər cinsi istismara məruz qaldıqlarını iddia edən təxminən 40 qadının qaldırdığı məhkəmə iddialarını "qalıcı şəkildə həll etmək və bitirmək" üçün edəcəklər.

Təklif olunan razılaşma planının qüvvəyə minməsi üçün Nyu-Yorkdakı federal hakim tərəfindən təsdiqlənməlidir.

Epşteynin əmlakı əvvəllər 136 iddiaçıya 121 milyon dollar, daha sonra isə 59 qurbana daha 48 milyon dollar kompensasiya ödəyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş