Blinken və Quterreş taxıl sazişini müzakirə edəcək

Dünya

22.02.2023 - 20:53

cedabet dərman SEO Xidməti

Ukraynaya iqtisadi, hərbi və humanitar dəstək barədə müzakirələrin də aparılacağı gözlənilir

ABŞ dövlət katibi Entoni Blinken BMT Təhlükəsizlik Şurasının (TŞ) Ukrayna üzrə nazirlər iclasında iştirak edəcək. O, təşkilatın Baş katibi Antoniu Quterreşlə də görüşəcək.

AYNA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Blinken BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə nazirlər iclasında iştirak etmək üçün fevralın 23-24-də Nyu-Yorka gedəcək”, - məlumatda deyilir.

ABŞ dövlət katibi BMT Baş katibi ilə taxıl sazişinin genişləndirilməsi imkanlarını müzakirə edəcək.

Bundan əlavə, E.Blinken və A.Quterreş Ukraynaya genişmiqyaslı iqtisadi, hərbi və humanitar dəstəyi müzakirə edəcəklər.

Qeyd olunur ki, iclas Rusiyanın Ukraynaya qarşı elan olunmamış müharibəyə başlamasının birinci ilinin tamamlanmasına həsr olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş