Blinken: “Rusiyanın ərazisinə zərbə endirməyə Ukrayna özü qərar verməlidir”

Dünya

23.05.2024 - 11:24

Dövlət katibi ABŞ silahlarından istifadəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılması imkanını şərh edib

“Ukrayna Rusiyanın ərazisinə zərbə endirib-endirməməyə özü qərar verəcək”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken deyib.

Blinken Kiyevin ABŞ silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq imkanını şərh edərkən bildirib: “Ukraynadan kənara hücumlara dəstək verməyə gəlincə, biz bunu etməmişik. Lakin Ukrayna öz qərarlarını verməli olacaq və verəcək”.

Müəllif: Ayna.az