ABŞ dövlət katibi G20 toplantısında Rusiya XİN başçısı ilə görüşmək fikrində olmadığını açıqlayıb
ABŞ dövlət katibi Antoni Blinken Hindistanda keçiriləcək G20 xarici işlər nazirlərinin görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşmək fikrində olmadığını açıqlayıb. AYNA xəbər verir ki, bu barədə “France-Presse” məlumat yayıb.
Eyni zamanda, Dövlət Departamentinin rəhbəri Lavrovun qatılacağı görüşlərin sessiyalarında iştirak etməyi planlaşdırır.
Qeyd edək ki, G20 ölkələrinin xarici işlər nazirlərinin görüşü bu gün və sabah Yeni Dehlidə keçiriləcək.