Blinken Kemeron və Berbok ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Dünya

15.04.2024 - 11:31

“Onlar bu hücumları qətiyyətlə pisləmək və regionda gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyi barədə razılığa gəliblər”

ABŞ dövlət katibi Antoni Blinken Britaniya və Almaniya xarici işlər nazirləri ilə Yaxın Şərqdə gərginliyin qarşısının alınmasının vacibliyini müzakirə edib. AYNA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilib.

Sənəddə qeyd edilib ki, Blinken telefon danışığı zamanı Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron və Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə İranın İsrail ərazisinə endirdiyi zərbəni müzakirə edib.

“Onlar bu hücumları qətiyyətlə pisləmək və regionda gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyi barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilir.

Blinken həmçinin ABŞ-ın İsraili müdafiə etmək öhdəliyini bir daha təsdiqləyib.

Müəllif: Ayna.az