“Axios”: ABŞ dövlət katibi gələn həftə İsrailə səfər etməyi planlaşdırır
ABŞ dövlət katibi Antoni Blinken İsrail və Fələstin rəsmiləri ilə Qəzza zolağındakı münaqişəni müzakirə etmək üçün İsrailə səfər etməyi planlaşdırır. AYNA xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Bildirilib ki, ABŞ Dövlət Departamentinin rəhbəri gələn həftənin əvvəlində İsrailə səfər etmək niyyətindədir.
“Bu, Blinkenin oktyabrın 7-dən bəri ölkəyə dördüncü səfəri olacaq", - nəşr qeyd edib.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS İsrailə hücum edib. Bundan əlavə, naməlum sayda terrorçu Qəzza zolağından İsrailin sərhəd bölgələrinə sızıb. Təl-Əviv hücumu müharibə adlandırıb. Oktyabrın 27-də İsrail Qəzza zolağında HƏMAS-a qarşı quru əməliyyatını genişləndirməyə başlayıb.