Bişkekdə ikinci dəfə fövqəladə vəziyyət elan edilib

Dünya

12.10.2020 - 16:21

Həkimlər Klinikalar SEO Xidməti

Qırğızıstanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır

 

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Bişkekdə ictimai-siyasi vəziyyətin sabitləşməsi, asayişin bərpası üçün ikinci dəfə fövqəladə vəziyyət rejimi elan edib. AYNA xarici mediaya istinadən bildirir ki, fövqəladə vəziyyət rejimi oktyabrın 12-si saat 20:00-dən oktyabrın 19-u saat 07:00-dək qüvvədə olacaq.

 

Bu dövrdə Qırğızıstan Daxili İşlər nazirinin müavini Almazbek Orazaliyev Bişkek şəhərinin komendantı təyin edilib. Dövlət başçısı digər fərmanla fövqəladə vəziyyət rejiminin əsasnaməsini də təsdiq edib.

 

Xatırladaq ki, oktyabrın 4-də Qırğızıstan parlamentinə keçirilən seçkilərin nəticələri ilə barışmayan müxalif siyasi partiyaların rəhbərləri və üzvləri bir həftədir Bişkekin mərkəzindəki Ala-Too meydanında kütləvi mitinqlər təşkil edirlər. Etirazçıların tələbi ilə yeni seçilmiş parlament buraxılıb. Bununla yanaşı, Qırğızıstan Prezidenti Baş Nazirin səlahiyyətlərini icra edən Kubatbek Boronov başda olmaqla, hökumətin bütün üzvlərini istefaya göndərib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş