“Biriniz üç nəfəri xilas edə bilərsiniz” - <font color=red> Vətəndaşlara çağırış</font>

Cəmiyyət

17.12.2020 - 13:51

Ayaz Hüseynov: “Donor sayını artırmaq üçün qanvermənin ciddi şəkildə təbliğinə ehtiyac var”

 

Son vaxtlar COVID-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar olaraq, koronavirus infeksiyasını ağır keçirən insanlarda - lösemi, talassemiya, hemofiliya xəstələrində donor qana ehtiyac artıb. Bu barədə Mərkəzi Qan Bankı (MQB) məlumat yayıb. Bununla əlaqədar olaraq MQB, donor qanına ehtiyacı olanlara kömək çağırışı ilə vətəndaşlara müraciət edib.

 

Məlumata görə, qan bankları 24 saat fəaliyyət göstərir və orada sterilliyin və təhlükəsizliyin qorunması üçün bütün lazımi tədbirlər görülüb. Sərtləşdirilmiş karantin rejimi səbəbiylə SMS icazəsini aldıqdan yalnız üç saat ərzində çölə çıxmaq mümkün olduğundan, MQB qanvermə prosesində bir gecikmə olarsa, donorlara səbəbini izah edən bir arayış veriləcəyini vurğulayıb.

 

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov AYNA-ya açıqlamasında deyib ki, hemofiliya xəstələrinin donor qanına ehtiyacı əvvəlki qədər deyil: “Bütün bunların səbəbi xəstələrin dövlət hesabına qan laxtalanması üçün həyati əhəmiyyətli dərmanlarla təmin olunmasıdır. Qan bankı regional qan banklarına həyati vacib dərmanlar verir. Buna paralel olaraq Hemofiliya Xəstələri Cəmiyyəti Mərkəzi Qan Bankına hemofiliya xəstələrinə dərman tədarükündə kömək edir. Qanama, göyərmə, hematomalar halında bu dərmanlardan istifadə mütləqdir”.

Şəkildə bunlar ola bilər: Ayaz Huseynov, kostyum

“Artıq hemofiliyalı xəstələrdə profilaktik müalicə aparılır. Dərmanları özləri vururlar, ancaq altı aydan bir, ən çox ildə bir dəfə müayinə üçün hematoloqa müraciət etməlidirlər. Zəruri hallarda xəstələr həkimləri ilə onlayn əlaqə qururlar. Və ciddi sağlamlıq problemləri olduqda, ümumiyyətlə təcili yardım çağırırlar”, - müsahibimiz bildirib.

 

Donor qanına ehtiyac arxa plana keçir və dərmanlar sayəsində hemofiliyalı xəstələrin həyat keyfiyyəti xeyli yaxşılaşıb. Ancaq bağışlanan qan hemofiliyalı xəstələr üçün ağır yaralanmalar, kəsiklər və əməliyyat zamanı da vacibdir.

 

Hüseynov hemofiliyalı xəstələrdən fərqli olaraq talassemiya və leykemiya xəstələrinin mütəmadi qan köçürülməsinə ehtiyac olduğunu vurğulayıb: “Həm də trombositopatiyası olan xəstələrdə periodik qan köçürülməsinə ehtiyac var. Bunlar simptomlarına görə hemofiliyaya bənzər nadir xəstəliklərdir. Trombositlərin normal sayına baxmayaraq, keyfiyyətcə aşağı olması səbəbindən ortaya çıxır və hemofiliya xəstərələrindəki kimi qanaxma meydana gəlir. Bu cür xəstələrə hemofiliya xəstələri ilə bərabər səviyyədə Hemofiliya Cəmiyyəti tərəfindən nəzarət edilir. Bağışlanan qandan alınan trombosit kütləsinə vaxtaşırı ehtiyacları var”.

 

Cəmiyyət rəhbərinin sözlərinə görə, MQB-da qan ehtiyatı mütləq olmalıdır və bunun üçün vətəndaşları qan verməyə cəlb etmək lazımdır: “Donor sayını artırmaq üçün qanvermənin ciddi şəkildə təbliğinə ehtiyac var. Vətəndaşlar bilməlidirlər ki, qan vermək öz sağlamlıqlarına faydalıdır. Qan verdikdən sonra bədən yeni qan hüceyrələrinin istehsalına başlayır. Bir qan donorunun üç nəfəri xilas edə biləcəyini unutmamaq vacibdir. Talassemiyalı xəstələr üçün qandan eritrositar kütlə, trombositopatiyalı insanlar üçün isə trombositlər götürülə bilər. Beynəlxalq təcrübə göstərir ki, 50 yaşınadək bir insan sağlamlıq vəziyyətindən asılı olaraq donor ola bilər və ildə 12 dəfəyə qədər qan verə bilər. Laqeyd qalmayın, qanınızı həyati ehtiyacı olanlarla bölüşün”.

Müəllif: Elya Belskaya