Matviyenkonun İrəvana gözlənilən səfəri müzakirə edilib
Ermənistan Parlamentinin spikeri Alen Simonyan və Rusiya səfiri Sergey Kopırkin Federasiya Şurasının sədri Valentina Matviyenkonun İrəvana gözlənilən səfərini müzakirə ediblər. AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Parlamentinin Mətbuat Xidməti məlumat yayıb.
Daha əvvəl Kopırkin bildirmişdi ki, səfər 2025-ci ilin iyun ayının əvvəlinə planlaşdırılıb.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq və parlamentlərarası əlaqələr məsələlərini də müzakirə ediblər.