Səsboğuculara müdaxilə edən moped və motosiklet sürücüləri saxlanılıb - VİDEO

Xəbərlər

05.05.2025 - 14:50

Həkimlər Klinikalar SEO Xidməti

Daxili İşlər Nazirliyi məlumat yayıb

Sumqayıtda səsboğuculara qəsdən müdaxilə edən moped və motosiklet sürücüləri saxlanılıblar. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.

Növbəti tədbir zamanı yüksək səslə küçə və prospektlərdə hərəkət edərək şəhər sakinlərinin haqlı narazılığına səbəb olan motosiklet və moped sürücüləri saxlanılıblar. Texniki müayinə zamanı həmin nəqliyyat vasitələrinin bir çoxunun səsboğucularına sürücüləri tərəfindən qəsdən müdaxilə edildiyi aşkarlanıb. Yollarda təhlükəli manevrlər edərək qəza şəraiti yaradan həmin şəxslər barəsində inzibati tədbirlər görülüb. Yay mövsümünün gəlişi ilə əlaqədar olaraq Sumqayıt şəhərində insanların istirahətini bilərəkdən pozan, neqativ hərəkətlərə yol verən bu tipli moped və motoskilet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş