“BioNTech” peyvəndinin gözlənilməz təsiri

Dünya

01.01.2021 - 06:42

Peyvəndin əks təsir etdiyi xəstələrin dərhal müalicəsinə başlanılıb

 
“BioNTech” peyvəndinin 17 nəfərdə əks-təsirləri müşahidə edilib. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, Danimarkanın Dərman Agentliyi 13 mindən çox insanın “Pfizer/BioNTech”-in “Comirnaty” peyvəndi ilə peyvəndlənməsindən sonra gözlənilməz təsirlə qarşılaşdıqlarını açıqlayıb. Belə ki,  peyvənd olunmuş 17 nəfərdə əks təsirlər özünü göstərib.
 
Bildirilir ki, peyvəndin əks təsir etdiyi xəstələrin dərhal müalicəsinə başlanılıb. Mütəxəssislər isə müşahidə edilən əks təsirlərin təhlükəli olmadığını, bu istiqamətdə araşdırmalarını davam etdirdiklərini bildiriblər. Agentliyin verdiyi açıqlamada “Pfizer/BioNTech” tərəfindən COVID-19-a qarşı istehsal olunan “Comirnaty” peyvəndinin 27 dekabrdan ölkədə tətbiq olunmağa başlanıldığı xatırladılıb. 
 
Qeyd edək ki, Danimarkanın bundan sonra təxminən 4.6 milyon doza “Pfizer/BioNTech” peyvəndi alacağı gözlənilir.
Müəllif: Ayna.az