Binəqədidə küçələri kanalizasiya suları basdı – <font color=red> VİDEO</font>

Cəmiyyət

23.06.2020 - 12:43

Həkimlər Klinikalar SEO Xidməti

Binəqədi sakinləri çirkab sulardan “boğaza yığılıblar” 

 

Bakının Binəqədi rayonunun Mikayıl Ələkbərov küçəsində yaşayan sakinlər kanalizasiya suları və onun yaratdığı problemlərdən necə deyərlər, lap “boğaza yığılıblar”.  AYNA “Baku” TV-yə istinadən xəbər verir ki, ərazidən keçən üstüaçıq  kanalizasiya xətti vaxtaşırı daşaraq evlərin altına və küçəyə dolur. Sakinlər təkcə üfunət qoxusundan əziyyət çəkmirlər, həmçinin çirkab sularına övladlarının yıxılmasından  qorxurlar.

 

Binəqədi rayon İcra Hakimiyyəti isə məsələdən xəbərdardır. Qurumdan verilən məlumata görə, problem barədə “Azərsu” ASC-ə məlumat verilib.

 

“Rayon icra hakimiyyəti məsələdən xəbərdardır. Bu barədə “Azərsu” ASC-ə məlumat vermişik. Həmin qurumdan bizə verilən məlumatda ərazidəki problemin aradan qaldırılması üçün layihələndirmə aparılması və gələcəkdə məsələnin aradan qaldırılacağı bildirilib”, - deyə Bİnəqədi İcra Hakimiyyətinin baş məsləhətçisi Kənan Kərimov söyləyib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş