Yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 2000 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı (inşaat və ərzaq malları mağazaları və s.) ikimərtəbəli tikilinin 1-ci mərtəbəsində sahəsi 28 m² olan inşaat malları mağazasının lambirindən ibarət tavanı və içərisində hər birinin tutumu 1 litr olan 7 ədəd boya çəlləyi yanıb.
Fövqəladə Hallar Nazirliyindən AYNA-ya bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.