Biləsuvarda qəza: avtomobil aşaraq yanıb

Hadisə

14.02.2021 - 21:58

Yanğından Mühafizə Hissəsinin əməkdaşları yaralı sürücünü xilas ediblər

 

Biləsuvar rayonunda yol qəzası baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

 

Cəlilabad rayon sakini, 1991-ci il təvəllüdlü Muradov Qeyrət Piri oğlu "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirərək avtomobilini aşırıb. Avtomobil sonra yanmağa başlayıb.

 

Hadisə yerinə vaxtında çatan FHN-in Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları alışan avtomobildən yaralı sürücünü xilas ediblər. Q.Muradov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müəllif: Ayna.az