İki rayonda yanğın olub

Hadisə

20.11.2019 - 13:56

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Quba rayonunun Qımıl kəndində "Ford" markalı yük avtomobilinin yanar hissələri yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Qazax rayonunun Canalı kəndində də yanğın olub. Ümumi sahəsi 108 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxində 1 m² sahədə tavan və 1 ədəd soyuducu yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az