Fransada atəşfəşanlıq zamanı yanğın baş verdi - Xəsarət alanlar var

Hadisə

18.08.2019 - 02:55

Xəsarət alanlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib

 

Fransanın cənubundakı Kolyur şəhərində atəşfəşanlıq zamanı fişəng partlaması nəticəsində 13 nəfər yanıq xəsarəti alıb. AYNA Trend-ə istinadən xəbər verir ki, qayıqdan sahilə buraxılan fişənglərdən biri elə qayıqdaca partlayıb.

 

Xəsarət alanlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib. Digərlərinə yerində yardım göstərilib. Hadisənin fəsadlarının aradan qaldırılması üçün 5 təcili yardım maşını və 30 xilasedici cəlb edilib.

 

Polis partlayışla bağlı araşdırma başlayıb.

Müəllif: Ayna.az