Ölümlə nəticələnən növbəti avtomobil qəzası

Hadisə

07.09.2019 - 20:00

Faktla bağlı araşdırma aparılır

 

Neftçala rayonunda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. AYNA "APA"ya istinadən xəbər verir ki, yol qəzası rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb.

 

“Mercedes” və “Lexus” markalı minik avtomobilləri toqquşub, nəticədə “Lexus” markalı avtomobildə olan Bakı şəhər sakinləri, 1961-ci il təvəllüdlü Xanlar Ayaz oğlu Xankişiyev və onun həyat yoldaşı 1962-ci il təvəllüdlü Mərviyyə Qurban qızı Səmədova, “Mercedes” markalı avtomobildə olan Neftçala rayon sakini, 2017-ci ildə anadan olmuş Humay Elçin qızı Ələkbərova hadisə yerində ölüblər.

 

“Mercedes”in sürücüsü Habil Ələkbərov və daha 2 nəfər Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. H.Ələkbərovun vəziyyəti ağırdır.  

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az