Biləsuvarda iki yol qəzası baş verib, xəsarət alanlar var

Hadisə

29.12.2023 - 20:21

Həkimlər Klinikalar SEO Xidməti

Rayon ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzaları baş verib

Biləsuvar rayonunda xəsarətlə nəticələnən iki yol qəzası baş verib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisələrdən biri rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin aşması nəticəsində sürücü, 1967-ci il təvəllüdlü Asif Qasımov müxtəlif bədən xəsarətləri alıb.

Daha bir qəza isə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Motosiklet “Niva” markalı minik avtomobilinə çırpılıb. Nəticədə motosikletin sürücüsü, 1993-cü il təvəllüdlü Orxan Abışov xəsarət alıb.

Hər iki yaralı rayon xəstəxanasına aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş