Bakıda toyda kütləvi dava: <font color=red> dörd nəfər bıçaqlandı</font>

Hadisə

15.08.2019 - 05:39

Bakının Binəqədi rayonunda kütləvi dava olub. AYNA "Report"-a istinadən xəbər verir ki, 9-cu mikrorayonda yerləşən "Üzeyir" şadlıq sarayında dava zamanı 4 nəfər bıçaqlanıb.
 
Bunlar Hüseynov Seymur Hidayət oğlu (28 yaş), Hüseynov Telman Allahverdi oğlu (40-a yaxın), Ağababalı Elton Mahir oğlu (27) və İbrahimov Mahir Ağababa oğludur (57). Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlar əməliyyat olunub.
 
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ayna.az