“Ukrayna üçün vəziyyət indi daha çox təhdidedici hala gəlib”
Ukrayna hökumətində silahların kifayət qədər tədarükü ilə bağlı ümidsizlik əhval-ruhiyyəsi hökm sürür. AYNA xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti yazıb.
Məqalə müəlliflərinin fikrincə, Ukrayna hökumətində əhval-ruhiyyə dəyişkəndir. Belə ki, Kiyev silah çatışmazlığı və Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının uğursuzluğuna görə ümidsizlik yaşayır.
“Liderlərlə söhbət edəndə bir tərəfdən Qərbin köməyinə görə minnətdarlıq, digər tərəfdən isə çatdırılma sürəti və əlavə silahların olmaması ilə bağlı ümidsizlik görürsən”, - nəşr qeyd edir.
Məqalənin müəllifləri əlavə ediblər ki, Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım hərbi əməliyyatlarda uğur əldə etmək üçün lazımi səviyyədə deyil. Eyni zamanda, Rusiya Qərbin sanksiyalarına baxmayaraq, hərbi istehsalı əhəmiyyətli dərəcədə artırıb.
“Ukrayna üçün vəziyyət indi daha çox təhdidedici hala gəlib”, - məqalədə vurğulanıb.