Bəzi ölkələr Ukrayna üzrə sülh sammitində iştirakdan imtina ediblər

Dünya

12.06.2024 - 02:25

Həkimlər Klinikalar SEO Xidməti

İştirakdan imtina edən ölkələrin adları açıqlanmayıb

İsveçrədə Ukrayna üzrə sülh sammitində iştirakını təsdiqləyən ölkə və təşkilatların sayı 93-dən 78-ə enib

AYNA “UNİAN“ saytına istinadən xəbər verir ki, bu məlumatı Azadlıq Radiosu tədbirdə görülən işlərlə tanış olan bir neçə avropalı diplomata istinadən yayıb.

 

Diplomatlar iştirakdan imtina edən ölkələrin adlarını açıqlamasalar da siyahının hələ doldurula biləcəyini istisna etməyiblər.

Müəllif: Ayna.az