Beynəlxalq media şirkətinin idarə heyətinin üzvü istefa verib

Dünya

01.08.2020 - 20:48

Həkimlər Klinikalar SEO Xidməti

Rupert Murdoç: “Ceymsə şirkətə uzun illər xidmət etdiyi üçün minnətdarıq"

 

Tanınmış beynəlxalq media rəhbəri Rupert Murdoçun kiçik oğlu Ceyms Murdoç “News Corp” adlı ailə şirkətinin idarə heyətindən istefa etdiyini açıqlayıb. AYNA xəbər verir ki, Ceyms Murdoç istefa səbəbinin fikir ayrılıqlarına görə olduğunu ifadə edib.

 

“Ceymsə şirkətə uzun illər xidmət etdiyi üçün minnətdarıq. Gələcək işlərində də uğurlar diləyirik”, - “News Corp” şirkətinin baş icraçı direktoru Rupert Murdoç bildirib.

 

Qeyd edək ki, Rupert Murdoç və ailəsinə məxsus mətbuat orqanları arasında İngiltərənin “The Times”, “The Sun” və “The Sunday Times”, Avstraliyanın “The Australian”, “The Daily Telegraph” və “The Herald Sun” kimi nüfuzlu mətbuat orqanları var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş