Berlindən NATO-nun Ukrayna səmasını bağlamaq çağırışına etiraz

Dünya

13.05.2024 - 15:09

Həkimlər Klinikalar SEO Xidməti

Almaniya NATO-nun Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq təklifini rədd edib

Almaniya NATO üzvlərinin Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq təklifini rədd edib. AYNA xəbər verir ki, bu barədə “Reuters” Almaniya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

“Biz əvvəllər bu təklifi rədd etmişik və hesab edirəm ki, eyni şey indi gələn təkliflərə də aiddir”, - agentliyin mənbəsi bildirib.

Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş polkovniki Oleq Starikov bildirmişdi ki, dünyada Ukrayna səmasını Rusiyanın zərbələrindən örtmək üçün kifayət qədər hava hücumundan müdafiə sistemi yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş