Bərdədə pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Xəbərlər

27.08.2025 - 22:26

Müəssədə uyğunsuzluq aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonunun Mollalı kəndində Vüsal Vəli oğlu Mehdiyevə məxsus pendir istehsalı müəssisəsində yoxlama aparıblar.

AQTA-dan AYNA.AZ-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, qablaşdırma və istehsalın eyni sahədə həyata keçirildiyi məlum olub.

Həmçinin götürülmüş yaxma nümunələrinin laborator müayinəsi nəticəsində işçinin əlində, mayalanma vannasında və istifadə olunan alətdə uyğunsuzluq aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş