Yanıq xəsarətləri dərin nekrozlaşmış olduğundan müalicədə hər hansı bir irəliləyiş əldə olunmur
Şəmkirdə kürəkəni tərəfindən yandırılan, 54 yaşlı Səltənət Məmmədovanın vəziyyəti ağır olaraq qalır. Bu barədə AYNA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanıq xəsarətləri 4-cü dərəcəli, yəni dərin nekrozlaşmış olduğundan müalicədə hər hansı bir irəliləyiş əldə etmək mümkün olmur: “Onun səhhətinin vəziyyətinin yaxşılaşdırılması istiqamətində səylər davam etdirilir”.
Ayna.az