Yanğın zamanı xəsarət alan olmayıb
Bərdədə çay evində başlayan yanğın söndürülüb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, nazirliyin Yanğından Mühafizə Xidməti əməkdaşlarının səyi nəticəsində yanğının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, bu gün Bərdədə Çay sahili küçəsində güclü yanğın baş verib. Yanğın nəticəsində 10-a yaxın obyekt yanıb. Yanğının çay evindən başladığı bildirilir.