Gələn il dövlət büdcəsinin gəlirləri 1,7 faiz çox olacaq

İqtisadiyyat

12.11.2026 - 21:19

Nazir müavini: “Növbəti il neft-qaz sektorundan məcmu gəlirlər 15,5 milyard manat proqnozlaşdırılır”

Gələn il üçün dövlət büdcəsi xərclərinin 92,6 faizi və ya 39,3 milyard manatı büdcənin gəlirləri, 7,4 faizi və ya 3,1 milyard manatı isə onun kəsirinin maliyyələşdirilməsi üçün cəlb ediləcək vəsaitlər hesabına təmin olunacaq.

AYNA.AZ xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, dövlət büdcəsinin gəlirləri cari illə müqayisədə 645 milyon manat və ya 1,7 faiz çox olacaq. Gəlirlərin 23,8 milyard manatı və ya 60,6 faizi qeyri-neft sektoru üzrə daxilolmalar hesabına reallaşacaq. Bu cari illə müqayisədə 1,6 milyard manat və ya 7,2 faiz çoxdur. Həmçinin qeyri-neft sektoru üzrə daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisi cari ilə nisbətdə 3,2 faiz-bəndi artıb.

“Növbəti il neft-qaz sektorundan məcmu gəlirlər 15,5 milyard manat proqnozlaşdırılır. Bunun 11,9 milyard manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür ki, bu da 2026-cı illə müqayisədə 935 milyon manat azdır. Gələn il üçün icmal büdcəsinin gəlirləri 47,6 milyard manat, xərcləri 50,4 milyard manat, kəsiri isə 2,8 milyard manat nəzərdə tutulur”, - deyə nazir müavini qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş