Yeraltı təkanlar yerli vaxtla saat 14:29-da qeydə alınıb
Bu gün Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ baş verib. AYNA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 14:29-da qeydə alınıb.
İlkin məlumata görə, zəlzələnin ocağı 9 kilometr dərinlikdə yerləşib.