Hələlik intiharın səbəbləri məlum deyil
Sabirabad rayonunda intihar hadisəsi baş verib. AYNA “Report”-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Kürkəndi kəndində qeydə alınıb.
Kənd sakini, 1985-ci il təvəllüdlü Əsədov Qismət Gülağa oğlu həyətdəki yarımtikilidə özünü asaraq intihar edib. Hələlik intiharın səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.