Hazırda Bərdə rayonu tam olaraq təbii qazla təmin edilir
Bərdə rayonunun qaz təchizatı bərpa olunub. Bu barədə AYNA-ya “Azəriqaz” İstehsalat Birliyində (İB) yaradılan qərargahdan məlumat verilib.
Bildirilib ki, 05.10.2020-ci il tarixində saat 15:15-də Bərdə rayonu üzrə qaz təsərrüfatına baxış keçirilərək Bərdə şəhəri və 16 yaşayış məntəqəsinin qaz təchizatı bərpa olunub. Beləliklə, hazırda Bərdə rayonu tam olaraq təbii qazla təmin edilir.