Belarusda növbəti aksiya: 35 nəfər həbs olunub

Dünya

06.12.2020 - 19:02

Etirazlar zamanı iki rusiyalı journalist də saxlanılıb, sonra sərbəst buraxılıblar

 

Bu gün Belarusun paytaxtı minskdə müxalifətçilər növbəti dəfə etiraz aksiyası keçiriblər. AYNA xarici mediaya istinadən bildirir ki, aksiyaçılardan təxminən 35 tutulub.

 

Kütləvi həbs olunmamaq üçün etirazçılar şəhərin mərkəzində deyil, şəhərin ara küçələrində toplaşıblar.

 

Məlumata görə, saxlanılanlar arasında Rusiyanın “RİA Novosti” və “İnterfaks” agentliklərinin əməkdaşları da olublar. Jurnalistlərin sənədləri yoxlanıldıqdan sonra onlar sərbəst buraxılıblar.

 

Qeyd edək ki, Belarus müxalifəti mütəmadi olaraq hökumət əleyhinə aksiyalar keçirirlər. Bu gün planlaşdırılan aksiya “Azadlıq marşı” Hərəkatı tərəfindən hazırlanıb.

 

Xatırladaq ki, bu ilin 9 avqustda Belarusda keçirilən prezident seçkilərindən sonra başlayan kütləvi etiraz aksiyaları dördüncü aydır ki, davam edir. Rəsmi nəticələrə görə, altıncı müddətə namizəd olan Prezident Aleksandr Lukaşenko səslərin 80 faizini toplayıb. Müxalifət qüvvələri isə seçkilərin saxtalaşdırıldığını iddia edir.

Müəllif: Ayna.az