Belarusda prezident seçkiləri başa çatıb
Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.
AYNA bildirir ki, komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82-nin səslərini toplayıb.
Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.